Rusiyada vətən xainlərinin sayı 4 dəfə artdı

Rusiyada vətən xainlərinin sayı 4 dəfə artdı

2024-cü ilin ilk altı ayında Rusiyada 52 nəfər dövlətə xəyanət ittihamı ilə məhkum edilib ki, bu da 2023-cü ilin göstəricilərini 3,5 dəfə üstələyir.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Bildirilib ki, ötən ilin ilk yarısında dövlətə xəyanət ittihamı ilə 15 nəfər, 2022-ci ilin eyni dövründə 4 nəfər, 2021-ci ildə 8 nəfər məhkum edilib.

Casusluq ittihamı ilə məhkum olunanların sayı da artıb. Məlum olub ki, 2024-cü ilin ilk altı ayında həmin maddə ilə 18 nəfər məhkum edilib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə doqquz dəfə çoxdur.

Daha iki nəfər isə xarici dövlətlə gizli əməkdaşlıq ittihamı ilə məhkum edilib.

Dövlət sirlərinə aid qanunsuz əməllərə görə 96 nəfər məhkum edilib ki, bu da 2023-cü ilin ilk altı ayı ilə müqayisədə iki dəfə çoxdur.

Teqlər: