Rusiyada vəfat edən Vətən müharibəsi qazisi Elşən Etibar oğlu Həsənovun nəşi artıq vətənə gətirilib.
Bu barədə AzerTimes-a qazinin atası Etibar Həsənov məlumat verib.
O bildirib ki, E. Həsənov doğulduğu Ağcabədi rayonu Qiyaməddinli kəndində dəfn olunacaq:
“Hələ hava limanındadırlar. Dövlət tərəfindən təşkil olunan təcili tibbi yardım avtomobili ilə birbaşa evə gətirəcəklər”, – Etibar Həsənov deyib.
Qeyd edək ki, Rusiyaya işləmək üçün gedən Elşən Həsənovun böyrəklərində problem yaranmışdı. Komaya düşən qazimiz Sankt-Peterburqun Puşkin şəhərindəki özəl klinikalardan birində müalicə alırdı. Qazi avqustun 15-də Sankt-Peterburqda müalicə aldığı xəstəxanada vəfat edib.
Allah rəhmət eləsin!