Rusiyada “valenki”lərin istehsalı kəskin artdı

Rusiyada “valenki”lərin istehsalı kəskin artdı

Xarici ayaqqabı markalarının getməsindən sonra Rusiyada keçə çəkmələrin (valenki) satışı 2023-cü ilin 3-cü rübündə 370% artıb.

AzerTimes xəbər verir ki, bu barədə “Dürüst nişan” dövlət işarələmə sistemindən bildirilib.

Məlumata görə, keçə çəkmələrin əsas alışı pərakəndə mağazalarda həyata keçirilib. Burada artım 86 faiz təşkil edib. Buna baxmayaraq, bu məhsullara onlayn platformalarda tələbat artıb və satışlar 43 faiz artıb.

Keçə çəkmələrin istehsalında da artım yaşanıb. Bu ilin 3-cü rübündə istehsal ötən ilin analoji dövrü ilə müqayisədə 249 min cütdən 302 min cütə çataraq 20 faiz artıb. Ümumilikdə isə 2023-cü ilin 9 ayında Rusiyada 670 min keçə çəkmə istehsal edilib.

Teqlər: