Rusiyada vaksin istehsalının artırılması planlaşdırılır

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirus vaksinlərinin istehsalının artırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bunu ölkənin sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov deyib.

Onun sözlərinə görə, hazırda Rusiya şirkətləri tərəfindən ayda 30 milyon komplekt vaksin istehsal olunur. Bu göstəricinin ilin sonuna kimi ayda 45 milyonadək çatdırılması planlaşdırılır.


Qeyd edək ki, hazırda Rusiyada “Sputnik V”, “EpiVakKorona” və “KoviVak” vaksinləri istehsal olunur.