Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyanın Başqırdıstan respublikasında uşaq istirahət düşərgəsində 11 nəfər koronavirusa yoluxub.
AzerTimes-ın məlumatına görə, bu barədə Başqırdıstan prokurorluğu bildirib.
Qeyd olunur ki, düşərgə ərazisində 6 uşaqda və 5 əməkdaşda COVID-19 virusu aşkar edilib.
Düşərgədə olan 158 uşaq və 43 işçi təcrid edilib.
Hazırda yoluxma faktları ilə bağlı prokurorluqda araşdırma aparılır.