Rusiyada Ukraynaya yardım göndərən şəxs saxlanıldı

Rusiyada Ukraynaya yardım göndərən şəxs saxlanıldı

Rusiyanın Amur vilayətində yaşayan bir nəfər vətənə xəyanətə görə saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

“Müəyyən edilib ki, şübhəli şəxs Rusiya Silahlı Qüvvələrinə qarşı istifadə etmək məqsədilə Ukrayna Silahlı Qüvvələri tərəfindən kamikadze pilotsuz uçuş aparatları, kvadrokopterlər, döyüş sursatları və hərbi texnika əldə etmək üçün ondan artıq “şəxsi vəsait” köçürüb”, – məlumatda vurğulanıb.

Saxlanılan şəxsə qarşı FSB-nin istintaq bölməsi tərəfindən dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edilir ki, həmin şəxs Lvovda doğulub.

Teqlər: