Rusiyada Ukraynada ölən cinayətkarlara abidə qoyuldu

Rusiyada Ukraynada ölən cinayətkarlara abidə qoyuldu

Rusiyanın Buryatiya Respublikasında Ukraynada ölən əsgərlərə qoyulan abidənin açılışı baş tutub.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, onların əksəriyyətinin hökmlü cinayətkar olduğu, üstəlik “Vaqner” sıralarında vuruşduğu məlum olub.

Gələn informasiyalara əsasən, Selenginsk qəsəbəsində başçı Vladimir Buryanın təşəbbüsü ilə Ukraynada həlak olan rus hərbçilərinin xatirəsinə obelisk ucaldılıb. Abidədə 15 yerli sakinin adı həkk olunub ki, onlardan 11-i vaqnerçi olduğu sonradan bilinib.

Yerli müxalif saytların yazdığına görə obeliskdə adı yer alan, 34 yaşlı Nikolay Vasilyev muzdlu təşkilata cəlb edilməzdən əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilib. O, vaxtilə birgə yaşadığı qadını vəhşicəsinə döyməyə görə həbs olunub. Həmin qadın hadisədən 2 ay sonra ölüb.

Digər vaqnerçi, 42 yaşlı Aleksandr Qulyayev isə bir neçə nəfərin qətlinə və quldurluğa görə 15 il cəza alıb.

Qalan muzdluların narkotik maddə saxlamaq, soyğunçuluq, qəsdən sağlamlığa ağır zərər vurma və digər cinayətlərə görə həbsxanaya düşdüyü qeyd edilir.

Teqlər: