Rusiyada üçüncü koronavirus vaksini qeydiyyata alındı

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada üçüncü koronavirus vaksini, “Kovivak” qeydiyyata alınıb.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin baş naziri Mixail Mişustin elan edib.

“Kovivak” vaksininin ilk 120 min dozasının martın ortalarında dövriyyəyə buraxılması gözlənilir.


Qeyd edək ki, bu günədək Rusiyada “Sputnik V” və “EpiVakKorona” vaksinləri qeydiyyatdan keçib.