Rusiyada üç zəlzələ qeydə alınıb

Rusiyanın Saxalin bölgəsində yerləşən Kuril adaları yaxınlığında 3.7 bala qədər maqnitudaları olan üç zəlzələ qeydə alınıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından bildirilib.

“Zəlzələlər Kuril adalarının cənub qrupu yaxınlığında qeydə alınıb. Ocaqların dərinliyi 31 ilə 170 kilometr arasında dəyişib”, – məlumatda deyilir.


Yeraltı təkanlara ən yaxın yaşayış məntəqələrdə zəlzələ hiss olunmayıb. Sunami təhlükəsi elan edilməyib.

Teqlər: