Rusiyada “Twitter”-ə giriş bloklanıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Rabitə,
İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə
Nəzarət Federal Xidməti (“Roskomnadzor”) yayıb.
Məlumata görə, “Twitter”-ə giriş “İnformasiya, informasiya
texnologiyaları və informasiyanın mühafizəsi haqqında” federal
qanunun 15.3-cü maddəsi əsasında məhdudlaşdırılıb.
Adıçəkilən maddə kütləvi iğtişaşlara, ekstremist fəaliyyətə,
müəyyən edilmiş qaydanı pozmaqla keçirilən kütləvi (ictimai)
tədbirlərdə iştiraka çağırışları əks etdirən saytlara girişin
məhdudlaşdırılması qaydasını tənzimləyir.
Qeyd edək ki, daha əvvək “Roskomnadzor” “Facebook” sosial
şəbəkəsini bloklamışdır.