Rusiyada tutulan şəxslər Azərbaycana ekstradisiyası edilib.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şirvan şəhər polis idarəsinin icraatında olan cinayət işi üzrə Loğman Mütəllimovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, Bakı şəhəri Nizami rayon polis idarəsinin icraatında olan cinayət işi üzrə isə Ruslan İbrahimzadənin xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmələrinə dair əsaslı şübhələr müəyyən edilmiş və həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir.
Hər iki şəxs Rusiya Federasiyası ərazisində müəyyən edilərək saxlanılmışlar.
01.09.2022-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Loğman Mütəllimov və Ruslan İbrahimzadə Rusiya Federasiyasından Azərbaycana gətirilmişlər.