Rusiyanın Kareliya Respublikasının Pitkyarant rayonunda turist avtobusu aşıb.
AzerTimes xəbər verir ki, bu barədə respublikanın səhiyyə naziri Mixail Oxlopkov məlumat verib.
“Lyaskelya kəndi yaxınlığında turist avtobusu aşıb. İlkin məlumatlara görə, 6 nəfər ağır yaralanıb. Yaralıların sayı dəqiqləşdirilir”, – Oxlopkov bildirib.