Rusiyanın Vladimir vilayətinin Kovrov şəhərində tikinti materiallarının satıldığı bazar yanır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Kovrov şəhərində 2 min kvadratmetr ərazini əhatə edən tikinti materialları bazarı yanır”, – deyə FHN bildirib.
Məlumata görə, yanğının söndürülməsinə 15 yanğınsöndürən və 5 ədəd texnika cəlb olunub.