Çukotkada içərisində üç nəfərin olduğu An-2 təyyarəsi yoxa çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, “Polyarnaya” qızılçıxarma müəssisəsinin mədən şöbəsinin müdiri vəzifəsini icra edən 29 yaşlı Oleq Petreçenko pilot və bort mühəndisi ilə birlikdə müəssisəyə 150 kq yük aparırmış.
Müəssisənin nümayəndələri Fövqəladə Hallar Xidmətinə təyyarənin yoxa çıxması barədə məlumat veriblər.