Rusiyada təyyarə uçuş-eniş zolağından çıxıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyann Belqorod şəhərində sərnişin təyyarəsi hava limanında eniş edərkən uçuş-eniş zolağından çıxıb.

Trend-in məlumatına görə, təyyarədə 53 sərnişin və heyət üzvü olub. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

Təyyarə qısa müddət sonra uçuş-eniş zolağına qaytarılıb.


Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.