Rusiyada təyyarə sərt eniş etdi: yaralılar var

Rusiyada təyyarə sərt eniş etdi: yaralılar var

Rusiyanın Stavropol diyarında sərt eniş edən AN-2 təyyarəsinin göyərtəsində doqquz nəfər olub, onlardan dördü yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi teleqram kanalında məlumat yayıb.

“Hadisə zamanı təyyarədə aralarında 8 yaşlı uşaq da olmaqla, doqquz nəfər olub. Dörd nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Ölənlər yoxdur”, – nazirlikdən bildirilib.

Hadisə yerində FHN-in 11 əməkdaşı və beş texnika işləyir.

Xatırladaq ki, ötən gün Rusiyada göyərtəsində 4 nəfərin olduğu “Mi-2” helikopteri Kirov vilayətində sərt eniş edib. Hadisə zamanı 3 nəfər ölüb.

Teqlər: