Rusiyanın Moskva vilayətində iyulun 12-də qəzaya uğrayan “Superjet 100” təyyarəsinin ekipaj üzvlərinin meyitləri tapılıb.
AzerTimes Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Qeyd edilir ki, pilotların şəxsiyyətini müəyyənləşdirmək üçün genetik ekspertiza təşkil olunacaq.
Baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi İstintaq Komitəsinin mərkəzi aparatı tərəfindən araşdırılacaq.
Qeyd edək ki, ötən gün Moskva vilayətinin Kolomenski rayonunda “Superjet 100” təyyarəsi qəzaya uğrayıb. Təyyarədə olan üç pilot həlak olub.