Rusiyada ilin əvvəlindən indiyə qədər təyyarə biletləri (ekonom-klassda) 13,1% bahalaşıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Statistika Komitəsi açıqlama yayıb.
Bildirilib ki, yalnız ötən həftə – 28 may-3 iyun – təyyarə biletlərində bahalaşma 7,7 faiz olub.
Qiymət artını əsasən tələbatın artması və istirahətə gedənlərin sayının çoxalması ilə izah olunur.
Rusiyada sanatoriya qiymətləri 12,7%, istirahət evləri və pansionatlar 8%, hostellər 2,4%, otellər isə 3-8% (ikiulduzlu və beşulduzlu olmaqla) bahalaşıb.