Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Kaluqa vilayətində İŞİD terror təşkilatının üzvləri tərəfindən planlaşdırılan terror aktının qarşısını alıb.
AzerTimes xəbər verir ki, bu barədə FTX-nin yaydığı bəyanatda qeyd olunub.
Məlumata görə, Mərkəzi Asiya respublikalarından birinin vətəndaşları olan şübhəlilər kimya müəssisəsində yanacaq-sürtkü sisternini partlatmaq istəyiblər.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı iki nəfər öldürülüb.
Qeyd olunub ki, hər iki şəxs terror aksiyasını həyata keçirdikdən sonra Suriya ərazisinə keçməyi planlaşdırıblar.