Rusiyada sursat anbarı partladı: 3 hərbçi öldü

Rusiyada sursat anbarı partladı: 3 hərbçi öldü

Rusiyanın Vladimir vilayəti Barsovo kəndindəki hərbi hissənin sursat anbarında mərminin partlaması nəticəsində 4 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.

AzerTimes TASS-a istinadən bildirir ki, bu barədə Kirjaç rayon xəstəxanasının təcili yardım şöbəsinin nümayəndəsi məlumat yayıb.

“Barsovodakı hərbi hissədə 4 nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlər arasında üç hərbçi, bir anbar işçisi var. İndi hərbi prokurorluq hadisə yerinə gələcək, FSB işləyir”, – o bildirib.

Qeyd edək ki, Barsovo kəndi Kirjaç rayon mərkəzindən 8 km məsafədə yerləşir. O, iki hissədən ibarətdir: Mirnı mikrorayonu və hərbi hissənin qapalı şəhərciyi.

Teqlər: