Rusiyanın Rostov vilayətində Su-25 hücum təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb, nəticədə pilot ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin məlumatında deyilir.
Bildirilib ki, uçuş sursatsız həyata keçirilib, təyyarə boş əraziyə düşdüyündən hər hansı dağıntı qeydə alınmayıb.
Qəzaya ilkin səbəb kimi texniki nasazlıq göstərilir.