Rusiyada “Sputnik V” vaksininin yeniyetmələr üzərində sınaqları başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Moskvada koronavirusa qarşı “Sputnik V” vaksininin yeniyetmələr üzərində sınaqları başlayıb.

AzerTimes-ın məlumatına görə, sınaqlarda 12-17 yaş arası şəxslər iştirak edəcək.

Hazırda sınaqlarda iştirak edən könüllülərin müayinəsi aparılır. Prosesdə 100-ə yaxın könüllünün iştirakı planlaşdırılır.

Sınaqlar bir il ərzində davam edəcək.