Rusiyada “Sputnik Layt” peyvəndi yoxa çıxdı

Rusiyada “Sputnik Layt” peyvəndi yoxa çıxdı

Rusiyanın əksər xəstəxanalarında koronavirus əleyhinə “Sputnik Layt” peyvəndi ya tamamilə yoxdur, ya da çətin tapılır.

AzerTimes xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, sözügedən vaksin adətən buster doza üçün nəzərdə tutulub, amma indi bunun üçün ilk komponent olan “Sputnik V” tövsiyyə olunur.

Məlum olub ki, Amur, Saratov, İrkutsk, Ulyanovsk vilayətlərində, Buryatiya və Krımda buster doza “Sputnik V” peyvəndi vasitəsilə aparılır.

Rusiya Səhiyyə Nazirliyi ölkə xəstəxanalarında “Sputnik Layt” çatışmazlığının səbəbini açıqlamayıb və tədarükün nə vaxt bərpa olunacağını da bildirməyib.

Teqlər: