Rusiyada spirtli içkidən ölənlərin sayı artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Orenburq vilayətində saxta spirltli içkidən zəhərlənərək ölənlərin sayı 26 nəfərə çatıb.

Trend-in məlumatına görə, zərər çəkənlərin sayının ümumilikdə 50-dən çox olduğu deyilir.

Qeyd edək ki, Orenburqda spirtli içkidən zəhərlənmə barədə məlumatlar oktyabrın 7-də yayılmağa başlayıb.

Həmin spirtli içkilərin hazırlanması ilə bağlı üç nəfər saxlanılıb.