Rusiyada son sutkada koronavirusa 40 mindən çox yoluxma qeydə alınıb

Rusiyada son sutka ərzində koronavirusa 40 993 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 8 513 790 nəfərə çatıb.


Bildirilir ki, son sutka koronavirusdan 1 158 nəfər vəfat edib, 27 115 nəfər isə sağalıb. Hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 238 538, sağalanların sayı isə 7 358 539 nəfər təşkil edir.