Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 125 836 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.
Əvvəlki gün 124 070 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 11,98 milyonu ötüb.
Eyni zamanda, son sutkada 663 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 621 nəfər idi.
Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 332 012 nəfərə çatıb.