Rusiyada son sutkada 5125 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,83 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 19 032 nəfər virusa yoluxub, 512 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 832 080 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 72 697 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 3 279 964 şəxs virusdan sağalıb, 479 419 nəfərin müalicəsi isə davam edir.