Rusiyada son sutkada 485 nəfər koronavirusdan ölüb

Rusiyada koronavirusa yoluxanların sayı 3,85 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 18 359 nəfər virusa yoluxub, 485 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 850 439 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 73 182 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 3 300 004 şəxs virusdan sağalıb.