Rusiyada son sutkada 387 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,51 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 8 885 nəfər virusa yoluxub, 387 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 510 744 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 97 404 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 4 130 498 şəxs virusdan sağalıb, 282 842 nəfərin müalicəsi isə davam edir.