Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,32 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 10 595 nəfər virusa yoluxub, 368 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 322 776 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 89 094 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 3 911 924 şəxs virusdan sağalıb, 321 758 nəfərin müalicəsi isə davam edir.