Rusiyada son sutkada 27 mindən çox şəxs koronavirusa yoluxub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 27 179 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, ötən il dekabrın 19-dən sonra qeydə alınmış ən yüksək göstərici olub.

Ötən gün 23 820 nəfərin yoluxması qeydə alınmışdı. Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 10,77 milyonu ötüb.


Eyni zamanda son sutkada 723 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 739 nəfər təşkil etmişdi.

Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 320 634 nəfərə çatıb.