Rostov-Donda tamaşa zamanı sükansız velosipeddə şou yerinə yetirən sirk artisti hündürlükdən yıxılaraq ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Rostov vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, çadırda nümayiş etdirilən sirkdə artist 4 metr hündürlükdən asfaltın üstünə yıxılıb və aldığı zədələrdən ölüb.
Hadisə ötən gün Poymennoy küçəsində, “Demidovlar” sirkinin çıxışı zamanı olub.