Rusiyada “Siqnal” messencerinə giriş məhdudlaşdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə TASS-a Rabitə, İnformasiyaTexnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsinə Nəzarət Federal Xidmətinin (Roskomnadzor) mətbuat xidmətindən məlumat verilib.
“Siqnal” messencerinə giriş Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbilə məhdudlaşdırılıb. Məhdudlaşma messencerdən terror və ekstremist məqsədlər üçün istifadənin qarşısını almaqdan ötrü zəruridir”, – məlumatda qeyd olunub.