Aprelin 3-dən antiterror əməliyyatı rejiminin tətbiq olunduğu İnquşetiyanın Malqobek rayonunda silahlı toqquşmalar baş verib.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumata görə, toqquşmalar zamanı 3 polis əməkdaşı öldürülüb, daha 7 nəfər isə yaralanıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Rosqvardiya və İnquşetiya Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə səhər saatlarından etibarən silahlıların olduğu Zyazikov-Yurt kəndini mühasirəyə alıblar.
Qeyd edək ki, martın 27-də Nazran şəhəri yaxınlığında silahlıların polis postunu atəşə tutması nəticəsində bir polis əməkdaşı yaralanmışdı.