Rusiyanın Samara şəhəri yaxınlığında, Volqa çayında sərnişinləri
aparan hava yastıqlı qayıq aşıb.
Trend-in
məlumatına görə, qəzaya uğrayan qayıqda 11 nəfər olub.
Qeyd olunur ki, həmin şəxslərdən 5 nəfəri xilas edilib. Daha 6
nəfərin axtarışları davam edir.
Axtarış prosesinə dalğıclar cəlb olunub.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.