Kamenks-Uralda sakinlər qeyri-adi təbii hadisə ilə qarşılaşıblar.
AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, 23 noyabr səhəri Kamenks-Uralda (Sverdlovsk vilayəti) sakinlər göy üzünün çəhrayı rəng alması ilə qeyri-adi təbii hadisə müşahidə ediblər. Bu barədə şəhər sakinləri sosial şəbəkələrdə paylaşım edərək hadisənin fotolarını yayıblar.
Bu fenomenin səbəbi isti hava kütlələrinin günəş işığını süzməsi olub. Astronomların istinad etdiyi Rayli-Cins qanununa əsasən, atmosferdən keçid zamanı yaşıl və mavi işıq şüaları səpələnir, qırmızı şüalar isə səhər vaxtı səmanı işıqlandırır.
Bu prinsip günorta vaxtı açıq havada səmanın mavi rəngdə görünməsini və günəşin batarkən qırmızı rəng almasını da izah edir.
Bundan əvvəl bənzər hadisə 2023-cü ilin dekabrında Tatarıstanın Buqulma şəhərində baş vermişdi, səma parlaq çəhrayı rəngə boyanmışdı. Bəzi sakinlər bu hadisəni “çəhrayı duman” kimi təsvir etmişdilər.