Rusiyada səfərbərliklə bağlı fəaliyyətlər dayandırıldı

Rusiyada səfərbərliklə bağlı fəaliyyətlər dayandırıldı

Rusiyada qismən səfərbərlik çərçivəsində bütün fəaliyyətlər, habelə çağırış vərəqələrinin hazırlanması və çatdırılması dayandırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 1-dək qismən səfərbərlik çərçivəsində tədbirlərin başa çatdırılması barədə hesabatlar təqdim edilməlidir, müvafiq göstərişlər hərbi dairələrin komandirlərinə və Şimal Donanmasının komandanlarına göndərilib.

Teqlər: