Rusiya Müdafiə Nazirliyi hərbi vəziyyət dövründə, müharibə və ya səfərbərlik zamanı çağırılan müqaviləli əsgərlər, eləcə də səfərbər edilmiş hərbçilər üçün vahid yaş həddinin müəyyən edilməsini təklif edən qanun layihəsi hazırlayıb.
AzerTimes xəbər verir ki, bu barədə nazirliyin normativ-hüquqi akt layihələri portalında dərc olunan sənədində deyilir.
Sənəddə yüksək rütbəli zabitlər üçün yaş həddinin 70, qalanları üçün isə 65 yaş olacağı bildirilir. Söhbət 24 iyun 2023-cü il tarixindən əvvəl xidmətə aparılanlardan gedir. Hazırda qanun iyunun 24-dən əvvəl müqavilə bağlamış şəxslər üçün yaş məhdudiyyəti nəzərdə tutmur.
“Qanun layihəsi bu qeyri-müəyyənliyi aradan qaldırır”, – sənəddə deyilir.