Rusiyada səfərbərliyə ehtiyac yoxdur.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Biz düşməni nəzarətimizə verilməli olan ərazilərdən sıxışdırırıq. Bu mənada bizim səfərbər olmağa ehtiyacımız yoxdur. Biz bunu planlaşdırmırıq”, – Putin qeyd edib.
O əlavə edib ki, 2024-cü ildə 160 min insan “xüsusi hərbi əməliyyat” üçün müqavilə imzalayıb.