Rusiyada səfərbərlik elan olunmayacaq – Dövlət Dumasının sədri

Rusiyada səfərbərlik elan olunmayacaq.

Trend xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri
Vyaçeslav Volodin “Komsomolskaya Pravda” radiostansiyasına
müsahibəsində bildirib.

“Yox, yox, yox”, – deyə o, bununla bağlı sualı cavablandırıb. –
Sizə həm efirdə, həm də efirdə olmadan bunu deyərəm”.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi
Dmitri Peskov Qələbə Günündə Rusiyada ümumi səfərbərlik elan etmək
planları barədə məlumatları cəfəngiyat adlandırıb.