Rusiyada gələcəkdə münaqişələrin miqyasına görə səfərbərlik ehtiyatını artıra bilər. Ehtiyat hərbçilər də məhz bunun üçün nəzərdə tutulub, lakin hər şey münaqişələrin miqyasından asılı olacaq.
AzerTimes xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov deyib.
Generalın fikrincə, Rusiya genişmiqyaslı müharibə olacağı təqdirdə səfərbərlik ehtiyatından tam imtina edə bilməyəcək.
Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatasının müdafiə komitəsinin üzvü, general-leytenant Andrey Qurulev bildirib ki, Rusiya “Polşanın müdaxiləsi halında” və Qərb hərbçilərinin qarşısını almaq üçün səfərbərlik ehtiyatını artırmalıdır.