Rusiyada səfərbərlik çağırışına gedənlərə pul veriləcək

Rusiyada səfərbərlik çağırışına gedənlərə pul veriləcək

Qismən səfərbərlik çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin sıralarına çağırılan Rusiya vətəndaşları aylıq azı 205 min rubl (5,699 AZN) alacaqlar.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Yakutiyanın (Saxa Respublikası) hərbi komissarı Aleksandr Avdonin brifinq zamanı bildirib:

“Səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə əsasında xidmət edən hərbi qulluqçulara bərabər tutulurlar, vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq eyni miqdarda – 205 min rubldan başlayaraq pul müavinəti alacaqlar”.

Avdonin qeyd edib ki, ilk növbədə hərbi xidmətə üç il əvvəldən çox olmayan müddətdə hərbi xidmət keçmiş, həmçinin hərbi xidmət bacarığı olan gənclər cəlb edilirlər.

Qeyd olunur ki, bölgələr dəstək tədbiri kimi vətəndaşlara əlavə məbləğlər ödəyə bilərlər.

Xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünən, 21 sentyabr tarixində ölkə ərazisində qismən səfərbərlik elan edib.

Teqlər: