Rusiyada qismən səfərbərliyin aparılması sosial çatlara səbəb olur.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Rusiyada qismən səfərbərliyin qeyri-bərabər həyata keçirilməsi, Kremlin informasiya məkanında etnik azlıq icmalarının daha da sıxışdırılması sosial çatlar yaradır. Rusiya Moskvada səfərbərliyin oktyabrın 17-də başa çatdığını təsdiqləyib. Amma mülki əhali səfərbərlikdən narazılıqlarını bildirməkdə davam edir.
Belarus Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmək üçün öz ərazisini və hava məkanını onlara verməkdə davam edir. Lakin Minskin Rusiya tərəfində müharibəyə girməsi ehtimalı çox azdır. Rusiya itirilmiş mövqelərini bərpa etmək üçün ötən gün Xarkovun şimalında məhdud quru hücumu həyata keçirib. Onlar Baxmut və Avdeyevka yaxınlığında da hücumu davam etdirir. ABŞ-ın hazırkı və keçmiş rəsmiləri də İran İnqilabı Keşikçiləri Korpusunun üzvlərinin rusların satın aldığı İran PUA-larından istifadəni öyrətmək üçün Krımda olduqlarını təsdiqləyiblər”, – məlumatda deyilir.
Qeyd olunur ki, Ukrayna qüvvələri mərkəzi Xerson vilayətində Rusiyanın quru rabitə xətlərinə və sursat anbarlarına zərbələr endirməkdə davam edir.