Rusiyanın Perm şəhərində A.Q.Soldatov adına Mədəniyyət Evində yerləşən seçki məntəqəsində fişəng partlayışı baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Permin Ərazi Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
“Bu gün martın 17-də A.Q.Soldatov adına Mədəniyyət Sarayının sanitar qovşağında ziyarətçi fişəng partladıb. Nəticədə qadın əlindən xəsarət alıb. Ona lazımi tibbi yardım göstərilib. Zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib”,- məlumatda deyilir.