Rusiyanın Kemerovo vilayətinin Salair şəhərindəki “Magistral” sanatoriyasında istirahət edən uşaqlar zəhərlənib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.
“10-12 yaşlı 25 uşaq bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib. Həkimlər uşaqları müayinə edib, səhhəti təhlükə altında deyil”, – məlumatda qeyd olunub.
Məlumata görə, “Rospotrebnadzor”un regional şöbəsi qurumun fəaliyyətini dayandırmaq üçün tədbirlər görür.