Rusiyanın Yekaterinburq şəhərində keçmiş polis işçisi yaşadığı evin eyvanından sakinlərə atəş açıb.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bölgənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bildirilir ki, atəş nəticəsində bir azyaşlı qız və silahlı qurumun işçisi yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Xüsusi əməliyyat keçirilib, atəş açan şəxs saxlanılıb. İstintaq aparılır.