Rusiyada sakinlərdən tələb olundu: ərazini tərk edin!

Rusiyada sakinlərdən tələb olundu: ərazini tərk edin!

Orenburq meri Sergey Salmin şəhərin su basmış bölgələrinin sakinlərindən təxliyə olunmağı tələb edib və təhlükəli zonanı könüllü tərk etməkdən imtina edənlərin ərazidən zorla çıxarılacağını bildirib.

AzerTimes xəbər verir ki, mer bu barədə teleqram kanalında yazıb.

Onun sözlərinə görə, indi bəndin qırıldığı Ural çayında suyun səviyyəsi 855 santimetrdir və o, artmaqda davam edəcək. Fəlakət bölgəsində elektrik və qaz təchizatı kəsilib.

Qeyd edək ki, Ural çayı üzərindəki bənd aprelin 5-də qırılıb. Hazırda Orskda 2400-dən çox yaşayış binası, 3065 evətrafı ərazi su altında qalıb. 711 nəfər təxliyə edilib.

Teqlər: