

Rusiyanın “URA.ru” nəşrinin Yekaterinburqdakı redaksiyasında hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, axtarış zamanı nəşrin baş redaktoru Denis Alayarov və kriminal reportyor Sergey Bodrov həbs edilib. Ehtimal olunur ki, istintaq 2020-ci ildə “Həkimlər Alyansı” ictimai təşkilatı tərəfindən medianın maliyyələşdirilməsi ilə bağlıdır. Bu təşkilat 2021-ci ildə xarici casus kimi tanınıb.
Bundan əlavə, mart ayında Yekaterinburqda redaksiyaya rəsmi məlumat satan polis məmuru da həbs edilib. O, redaksiya işçilərinin əleyhinə ifadə verib.