Misir vətəndaşı Ulyanovskda Qurana hörmətsizlik etdikdən və islam dini haqqında mənfi ifadələr işlətdikdən sonra saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
“İnternetdə bir kişinin Quranı təhqir etdiyi, eyni zamanda islam dini haqqında mənfi fikirlər səsləndirdiyini əks etdirən video yayılıb. Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayəti üzrə Ekstremizmlə Mübarizə Mərkəzinin əməkdaşları Ulyanovsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti ilə birlikdə həmin vətəndaşı müəyyən edərək saxlayıblar. Onun 1995-ci il təvəllüdlü Misir Ərəb Respublikası vətəndaşı olduğu ortaya çıxıb. O, əməllərini Ulyanovsk şəhəri ərazisində törədib”, – məlumatda deyilir.