Rusiyanın Yekaterinburq şəhərində prokurorluq, FTX, Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının əməkdaşları yanvarın 17-də tikinti obyektlərindən birində reyd keçirib və bu zaman miqrantları “qaz yerişi” gəzməyə məcbur ediblər.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər yayılıb.
Reyd zamanı tikinti meydançasında işləyən 150 nəfərin sənədi yoxlanılıb. Səkkiz nəfərin deportasiya edilməsinə qərar verilib, daha dörd nəfər isə Rusiya pasportunu alıb, lakin qeydiyyatda olmadığı üçün hərbi komissarlığa çağırılıb.
İşçilər arasında 40-ya yaxın Qırğızıstan vətəndaşı da olub ki, onlardan bir neçəsini “qaz yerişi” gəzməyə məcbur ediblər.
Yayılan görüntülərlə əlaqələr Qırğızıstan Baş konsulluğu müvafiq qurumlardan Rusiya hüquq-mühafizə orqanlarında yoxlamaların keçirilməsini tələb edib.
Görüntülərdəki miqrantların isə onlara qarşı bu cür alçadıcı davranışdan dolayı hər hansı şikayət etmədiyi də vurğulanıb.